IX Qlobal Bakı Forumu.





IX Qlobal Bakı Forumu
 Sürətlə dəyişən dünya nizamının nəbzini tutmaq baxımından dövlət idarəçiliyində hələ də şəxs, lider amilinin əsas tutulduğu reallığını və zərurətini də nəzərə alsaq o zaman tam əminliklə deyə bilirik ki, nəinki müasir çağırışlara çevik reaksiya verən, hətta bəşəriyyətin ciddi sınağının astanasında dayanan qlobal təhdidlərinə proaktiv yanaşma ortaya qoyan dövlət başçımız cənab İlham Əliyev məhz bu mürəkkəb və kompleks məsələlərin həllinə dar deyil, geniş spektrdan yanaşma ortaya qoyaraq vurğulayır ki, “dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik”. Təbiidir ki, qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində dünyanın çağırışlarının və dəyişkənliyinin özünün tələb etdiyi yeni yanaşmalar da ortaq işlənib hazırlanmalıdır. Bu səbəbdən Azərbaycan son illərdə dünya siyasi arenasında baş verən məsələlərə təsir imkanlarına malik olan nüfuzlu siyasilərin iştirak etdiyi beynəlxalq konfranslara, forumlara ev sahibliyi edir. Əldə etdiyi tarixi Zəfəri tarixdə nadir sayılan qalib xalqın, ölkənin paytaxtından bu gün beynəlxalq təşkilatların, aparıcı beynəlxalq maliyyə institutlarının rolunun nədən ibarət olması haqqında verilən mesajlarının, sülh və birgəyaşayış çağırışlarının sədası regional sərhədləri aşaraq dünyaya ötürülür. Bu baxımdan tam əminliklə deyə bilirik ki, dövlətimizin başçısının da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bildirdiyi kimi, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır. Bəşəriyyətin ərzaq böhranına doğru sürətlə addımladığı, yüz milyonlarla insanın hökm sürən nizamda özlərinin cüzi paya malik olduqlarını düşündüyü belə bir şəraitdə imtiyazlı bəzi elitaların maraqlarını möhkəmləndirən qlobal nizama görə məsuliyyət daşımasına baxmayaraq “zorakılıq və qarışıqlıq ideologiyaları” müəyyən dərəcədə dəstək və hətta legitimlik əldə edə bilər. Bu baxımdan da qlobal dünyada təhlükəsizliyin müxtəlif aspektləri etibarlı şəkildə qorunmalıdır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda 50 ölkədən yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi IX Qlobal Bakı Forumunda dövlətimizin başçısının çıxışı zaman səsləndirdiyi fikirlər fundamental və proqnozlaşdırılması mümkün olmayan, dəyişiklikləri fəsadlarla dolu fərqli dünyanın olacağı reallığı prizmasından və mövcud siyasi düzəndə həm Ermənistan hökuməti üçün, həm revanşist qruplaşmalar üçün, həm də məsələlərin fokus nöqtəsini geriyə aparmaq istəyən qüvvələr üçün aydın, praqmatik, üzərində ciddi düşünülməsini labüd edən zəruri məsələlərdir.Dövlətimizin başçısı forum çərçivəsində çıxışı zamanı bir daha regional məsələlərə, müasir qlobal çağırışlara və təhdidlərə geniş şəkildə toxundu. Əsas diqqəti müharibədən sonra Ermənistan-Azərbaycan münasibətlərinin necə normallaşa biləcəyinə çəkərək bu məsələdə indiki və bundan sonrakı məqamda Azərbaycanın strateji yol xəritəsinin hansı detallardan ibarət olduğunu açıqladı. Ən önəmlisi isə bütün bu məsələləri elə Ermənistanın işğal dövründə yol vermiş olduğu tarixi faktlar, müharibədən sonra götürdüyü öhdəliklərdən hər vəchlə yayınması üzərindən işıqlandırdı.

Oxunub: 255
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az