“Beyləqan RMX”sı




Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf səhiyyənin də inkişafına əsaslı təkan verib. O cümlədən, Beyləqanda səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən bütün işlər və əldə olunan müsbət irəliləyişlər buna nümunədir.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində cari ilin 30 may - 10 iyun tarixlərində Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim təşkil olunur.
Ankara Universitetində baş tutan təlimdə “Beyləqan RMX”sı publik hüquqi şəxsin direktoru Nurəngiz Bəşirova da daxil olmaqla Azərbaycandan 15 dövlət tibb müəssisəsinin direktorları və müavinləri iştirak edir.
Beyləqanda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üçün çalışan “Beyləqan RMX”sı publik hüquqi şəxsin direktoru Nurəngiz Bəşirovaya və bütün tibb kollektivinə uğurlar arzulayırıq!

Oxunub: 261
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az