Qardaş Türkiyə Resbublikası İkinci Qarabağ müharibəsi zamanı hər an Azərbaycanın yanında olduğunu bəyan etdi.
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edərək : “TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı əldə rəhbər tutan bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir. Mənə dünən ilk dəfə görməyin nəsib olduğu işğaldan azad edilmiş qədim şəhərimiz Şuşada, Cıdır düzündə, o geniş düzdə azad şəkildə gəzərkən bu ruhu daha da dərindən hiss etdim. “TEKNOFEST”i niyə keçiririk?” deyə soruşduğum universitet tələbəsi gənc bir qız bu ruhu belə ifadə edərək dedi: “Dünya Türkün gücünü görsün, yerini bilsin” . Biz də bu yola bu amalla çıxmışıq, “TEKNOFEST” in şüarının artıq düşüncələrdə yer aldığını görürük. “TEKNOFEST” bayramında iştirak edən azərbaycan vətəndaşlarının bu festivalı qürurla izləyərək məğrur Azərbaycan xalqı olduqları üçün fəxr etdiklərini söylədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev : -Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar. Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır! Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək; -Xəzərin incisi Bakıda “bir millət, iki dövlət, tək festival” şüarı ilə dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı – “TEKNOFEST”i keçiririk. Badi-Kubədən, yəni, küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm. Bu gün bir daha burada nümayiş etdirilən əzəli və əbədi qardaşlığımızı Rəbbim daimi etsin. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik. “TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir. Bu gün “TEKNOFEST”i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu sizinlə bölüşürük. Bura Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platformadır. “TEKNOFEST” yarışlarında öz işləri ilə fərqlənən siz gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni zəkalarını, rəqəmsal texnologiyalarını istehsal edən və inkişaf etdirən alimləri olacaqsınız. “TEKNOFEST Azərbaycan”da Türk Dövlətləri Təşkilatını təmsil edən qonaqlarımızın da yer alması məmnunluğumu daha da artırır. Türk dünyasının ən müasir texnologiyalar istehsal edəcək gənc nəsillərlə mühüm nailiyyətlər əldə edəcəyinə ürəkdən inanıram. “TEKNOFEST”çilər bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atdılar. Azərbaycanda da eyni uğuru əldə edəcəyimizə şübhə etmirəm. Türk Dövlətləri Təşkilatının da bu cür platformalarda təməlləri qoyulacaq yeni və daha böyük əməkdaşlıqlarla ortaq gələcəyimizdə daha güclü bir mövqeyə çatacağına inanıram. “TEKNOFEST Azərbaycan”ın qardaş ölkələrimizə bir daha xeyirli olmasını Rəbbimdən arzu edirəm. “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri oldu. Bütün sahələrdə ölkəmiz uğur qazanmaqdadır. Respublikamızın gün gündən çiçəklənməsi, qalibiyyəti bizləri çox sevindirir. Qalib xalq olaraq Dünyada tanınırıq və bununla qürur duyub, fəxr edirik. TEKNOFEST Azərbaycanla bağlı ölkə başçılarının fikirləri həm də bütün türk xalqının; Azərbaycan və digər vətəndaşların haqqımızda söyləyə biləcəkləri fikirlərdir. Azərbaycan dövlətinin daha da güclənməsi və çiçəklənməsi üçün ölkə başçımız daim çalışır. Bunu xalqımız hər zaman dəstəkləyib, alqışlayır. Allah Dövlətimizi və millətimizi qorusun! Nərgiz Məmmədova
YAP Masallı rayon təşkilatı
Babaser kənd ərazi partiya təşkilatının sədri