Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları şəhidlərimizin ailələrini ziyarət ediblər.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində canından keçmiş şəhidlərimizin ailələrini ziyarət ediblər. Onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər. RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov görüş zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini deyib, onların döyüşlər zamanı göstərdikləri qəhrəmanlıqların tariximizdə əbədi yaşayacağını deyib. Şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələləri dinləyib. Polis əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidlərin qadın ailə üzvlərini təbrik ediblər, onlara hədiyyələr təqdim olunub. Şəhid ailə üzvləri göstərilən diqqətə görə ölkə və DİN rəhbərliyinə təşəkkürlərini bildiriblər.
.
Oxunub: 799