Sürücülərimiz 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur. Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Bu hal da paytaxt sakinlərinin narahatlığına və haqlı narazılığına səbəb olur: “Sürücülərimiz onu bilməlidir ki, “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə, bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər”.