"28 May-Müstəqillik Günü"nə həsr edilmiş intellektual çempionat keçirilib
Mayın 27-də Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə yerli rayon(şəhər) üzrə təhsil sektorlarının təhsil işçiləri arasında "28 May-Müstəqillik Günü"nə həsr edilmiş "Nə?, Harada? və Nə zaman?" adlı intellektual oyun çempionatı keçirilib.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, yerli rayon(şəhər) üzrə təhsil sektorlarının müdirləri və çempionatda mübarizə aparan komandalar iştirak edib.
Yarışı giriş nitqi ilə açan idarə müdiri Elçin Kərimov təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkil edilməsində və onların intellektual fəaliyyətinin inkişaf etdirilməsində belə müsabiqə və yarışların xüsusi rola malik olduğunu bildirib və iştirak edən bütün komandalara uğurlar arzu edib.
Təhsil işçiləri arasında təşkil olunan çempionatda 6 nəfərdən ibarət olmaqla 8 komanda mübarizə aparıb.
Maraqlı mübarizə şəraitində keçən çempionatda Ağdaş rayonunun "Ərəş" komandası I yer, Zərdab rayonunun "Zərdabi" komandası II yer və Ucar rayonunun "Dostluq" komandası isə III yer qazanıb.
Sonda çempionatın qalibi olan komandalar Təhsil İdarəsinin müdiri tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Oxunub: 209