Mənim şərəfli idmançı peşəmdən başqa, digər şərəfli və qürurverici peşəm Polisdir.
Eduard Məmmədov.
-Mənim şərəfli idmançı peşəmdən başqa, digər şərəfli və qürurverici peşəm Polisdir. Daxili Işlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantıyam. Bununla yanaşı, Daxil İşlər Nazirliyinin "Dinamo" Idman Cəmiyyətinin üzvüyəm. Azərbaycan polisi kimi xidmət etdiyim üçün fəxr edirəm."Dinamo" Idman Cəmiyyətinin rəisi, Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira xanım Meftahətdinova bugün məni qəbul edib,"Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görüldüyüm üçün təbrik etdi.
Oxunub: 1 086