YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və aparatın əməkdaşları 44 günlük Vətən Müharibəsi zamanı şəhidi olmuş Cavadov Yalçın Aydın oğlunun doğum günü münasibətilə məzarını ziyarət etmişlər






YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və aparatın əməkdaşları 44 günlük Vətən Müharibəsi zamanı  şəhidi  olmuş Cavadov Yalçın Aydın oğlunun doğum günü münasibətilə məzarını ziyarət etmişlər. Ziyarət zamanı şəhidin məzarı  önünə gül dəstələri qoymuş ruhuna dualar oxumuşlar. Sabir qəsəbəsində şəhidin adına açılan bulaqda olduqdan sonra şəhidin ailəsi ziyarət edilmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Təşkilat sədri Tural Qasımlı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamışdır. Sonda Tural Qasımlı şəhidin valideynlərinə təşəkkürnamə təqdim etmişdir.  Şəhidin valideynləri ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Oxunub: 488
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az