"Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır"







19 may 2022-ci il tarixində Şamaxı Rayon Gənclər və İdman İdarəsi, Şamaxı Rayon Polis Şöbəsi və Şamaxı Rayon Təhsil Şöbəsinin  birgə təşkilatçılığı ilə rayonun Məlikcobanli kənd tam orta məktəbin akt zalında  gənclərdə narkomaniya və onun fəsadları haqqında düzgün təsəvvürlərin  formalaşdırılması, bu sahədə gənclərin məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə-profilaktika işlərinin gücləndirilməsi, həmçinin sağlam həyat tərzinin təbliğ olunması məqsədi ilə "Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə çıxışçılar narkomaniyanın insan sağlamlığı və bütövlükdə cəmiyyət üçün yaratdığı problemlər, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan müxtəlif dövlət proqramları, sağlam həyatın vacibliyi və s. haqqında geniş məlumat verildi. Çıxışlarda xüsusi vurğulandı ki, narkomaniya müasir dövrün ən təhlükəli problemlərindən biridir və bu faciənin qarşısının alınmasında bütün qurumların və vətəndaşların üzərinə məsuliyyət düşür. 
Sonda tədbirdə iştirak edən məktəblilərin sualları cavablandırıldı, onların fikirləri dinlənildi. 

Oxunub: 273
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az