Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvləri....
-Deputat həmkarlarım, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvləri Sadiq Qurbanov, Sevinc Hüseynova və Anar Məmmədovla birlikdə ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdük. Görüş zamanı ölkələrimiz arasında olan münasibətlərin qədimliyinə toxunaraq, bu münasibətlərin inkişafının hər iki tərəfin maraqlarına uyğun olmasını qeyd etdim. Eləcə də, Azərbaycanın hər zaman sülhü dəstəklədiyini və Ermənistanın 30 illik təcavüzünə son qoyduqdan sonra regiona sülhün gəlməsini, lakin Ermənistandakı bəzi dairələrin hələ də bu sülhdən narahat olmasını və hər vəchlə revanşist mövqe sərgiləməyə cəhd etmələrini qonaqların diqqətinə çatdırdım. Eyni zamanda Ermənistan tərəfinin beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmağa davam etməsini, mina xəritələrini Azərbaycana tam təqdim etməməsini bildirdim. Azərbaycan ərazisi ən çox minalarla çirkləndirilmiş ölkələrdən olmasına baxmayaraq, bu sahədə ən az yardım alan ölkələrdən biri olmasını qonaqların diqqətinə çatdıraraq, beynəlxalq ictimaiyyətin bu məsələdə daha da aktiv olmasının vacibliyini vurğuladım. Qeyd edim ki, xanım Balaim Kasabayeva İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib və Qazaxıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəridir.Adil Aliyev.