Kikboksinq üzrə Azərbaycan çempionatının başlanmasına cəmi 3 gün qalıb.
- Kikboksinq üzrə Azərbaycan çempionatının başlanmasına cəmi 3 gün qalıb.
Ölkəmizdə ən populyar idman növlərindən biri olan kikboksinqin XXVI Azərbaycan çempionatı 20-22 may tarixlərində keçiriləcək. Sabah saat 09:00-dan 16:00-dək yarış üçün çəkiölçmə mərasimləri baş tutacaq. Qeyd edək ki, Azərbaycan çempionatı "Sərhədçi" Olimpiya İdman Mərkəzində kişilər və qadınlar arasında keçiriləcək. Yarışda kikboksinqin "Low Kick" və "Full Contact" növləri üzrə qaliblər müəyyənləşdiriləcək. Xatırladaq ki, kikboksinq idman növü bu il Türkiyənin Konya şəhərində keçirilməsi planlaşdırılan V İslam Həmrəylik Oyunlarına daxil edilib. İdmançılarımıza uğurlar arzu edirəm.Adil Aliyev.
Oxunub: 333