F-16 təyyarələrinin sayına görə dünyada 1-ci yeri ABŞ, 2-ci yeri Türkiyə HHQ-ləri tutur, 3-cü yerdə isə İsraildir.
Dünyada beşinci nəsil qırıcıların yaradılması və təkmilləşdirilməsi sahəsində ciddi çalışmaların aparılmasına baxmayaraq, dünyanın aparıcı dövlətlərinin hərbi hava qüvvələrinin əsasını dördüncü nəsil döyüş təyyarələri təşkil edir.
Dördüncü nəsil döyüş təyyarələrinin ən güclü və məşhur siması isə ABŞ istehsalı olan F-16 Fighting Falcon ("Hücum edən və ya Savaşan Şahin") təyyarəsidir.
İlk dəfə keçən əsrin sonlarına doğru səmalara qalxan F-16 döyüş təyyarələri ABŞ-ın və ona müttəfiq olan iyirmidən çox ölkənin HHQ-nin əsasənı təşkil edir.
"Savaşan Şahinin" yaradıcısı olan General Dynamics şirkətinin reklam broşürlərində 1982-ci ilin yayında İsrail Hərbi Hava Qüvvələrinə məxsus olan F-16 qırıcılarının Livan və Suriyanın səmasında 45 ədəd MiG (Rusiya) təyyarəsini məhv etdiyi bildirilir.
F-16 təyyarələrinin sayına görə dünyada birinci yeri ABŞ, ikinci yeri Türkiyə HHQ-ləri tutur, üçüncü yerdə isə İsraildir.
Türkiyə HHQ-ləri PKK terrorçularına zərbələr endirmək üçün hər zaman F-16 təyyarələrindən istifadə edir. Suriyadakı vətəndaş müharibəsi başladıqdan sonra, Türkiyə F-16 təyyarələri ölkənin hava məkanına daxil olan Suriya Hərbi Hava Qüvvələrinin bir neçə təyyarəsini məhv ediblər.
2018-ci ilin noyabrında Türkiyənin F-16 təyyarəsi, ölkənin hava məkanını pozmuş Rusiyanın Su-24M hücum təyyarəsini məhv etmişdi. Bu hadisə iki ölkə arasındakı vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdı.
F-16 Fighting Falcon 20 millimetrlik altılüləli M61A1topu ilə silahlanmışdır və 9 asma nöqtəsinə malikdir. Təyyarədə müxtəlif idarəolunan raketlər, tənzimlənən və sərbəst düşən bomba növləri də daxil olmaqla, müxtəlif bomba silahları quraşdırıla bilər.
F-16 döyüş təyyarəsinin qiyməti 34 - 50 milyon dollar arasında dəyişir.
Oxunub: 402