Peşələr festivalına Şamaxı rayonunda start verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq keçirilən Peşələr Festivalına Şamaxı rayonundan start verilib.
Festivalda Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbələr və gənclər iştirak edib.
“Öyrən, Əylən, Peşəni seç” devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda dəstək olunacaq. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmiş olacaq.
Layihə çərcivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib.
Eskpertlər iştirakçılara düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqları barədə məlumatlılığın artırılmasının, onların peşə seçiminə hazırlanmasının, eləcə də peşələr haqqında məlumatı əyani şəkildə yoxlamaq fürsəti yaradıb.
Oxunub: 314