Goranboy rayon idmançılarından yüksək nəticə !
Rayon idmançılarından yüksək nəticə ! 12-15 may 2022-ci il tarixlərdə Bakı şəhərində yeniyətmələr arasında Azərbaycan çempionatı keçirildi. Çempionatda idarəmizin nəzdində fəaliyyət göstərən UGİM-nin ağır atletika üzrə bölməsinin idmançıları uğurla iştirak etmişlər. Belə ki, 81 kq çəki dərəcəsi üzrə iştirak edən Əliyev İmaməli 95 kq birdən və 118 kq təkanla qaldıraraq qızıl medal qazanmış və Azərbaycan çempionu olmuşdur. Digər iştirakçılar 55 kq çəki dərəcəsində Əliyev Aysim və 49 kq çəki dərəcəsində Məmmədov Əli burunc medal qazanmışlar. İdmançıların yetiştirilməsində əməyi olan məşqçi-müəllimlərə təşəkkür elan edir, idmançılarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirik!
Oxunub: 419