Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş voleybol turniri keçirilib.
















Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının və Gənclər idman idarəsinin təşkilatçılığı ilə, ADPU-nin Şamaxı filialının və Şamaxı Dövlət Regional Kollecinin komandaları  arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə  həsr olunmuş voleybol  turniri keçirilib.
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı  bildirib ki, Ümummilli Liderin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən olduğunu  qeyd edib. Bu gün ki, turnirin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, voleybol  idman növünün şəhərdə inkişaf etdirmək, habelə istedadlı voleybolçuları aşkar edilməsi, idarə, müəssisə və təşkilatlar arasında dostluq əlaqələrinin gücləndirilməsidir.
Şonra Şamaxı Gənclər İdman idarəsinin rəisi Şahmar Hüseynov  çıxışında qeyd edib  ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, bütün sahələr kimi idman da diqqətdən kənarda deyil. Vurğulanıb ki, dövlət başçısının xüsusi diqqəti sayəsində bu gün Azərbaycan idman ölkəsinə çevrilib.
Daha sonra voleybol turnirinə start verilib.
Qeyd edək ki, yarışın qalibləri YAP Şamaxı rayon  təşkilatı tərəfindən kubok və diplomlarla  mükafatlandırılıb.

Oxunub: 674
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az