Taekvondo üzrə “Turkish Open” beynəlxalq yarışa start verilib.









ATF verdiyi məlumat əsasında 

Məlum pandemiya ilə əlaqədar uzun müddət yarışlara fasilə verilsə də artıq bu yarışların keçirilməsinə başlanılıb. 
Bu gün isə Türkiyənin İstanbul şəhərində ənənəvi olaraq təşkil olunan “Turkish Open” beynəlxalq yarışa start verilib. 
G1 kateqoriyalı turnirdə 12 idmançı ilə təmsil olunan komandamızın üzvü ilk yarış günü qızıl medal qazanıb. Belə ki, 87 kq çəki dərəcəsində mübarizəyə qatılan Milad Beigi Hərçəqani rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Böyüklər arasında üç gün davam edəcək turnirdə  Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə komandamızın baş məqçisi Reza Mehmandoust və qadınların baş məşqçisi Elnur Amanov, idmançılardan Bəhruz Quliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Qasım Aslanov və Xanoğlan Kərimov (hər ikisi 63 kq), Cavad Ağayev və Yaşar Babayev (hər ikisi 68 kq), Ayxan Tağızadə (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov və Milad Hərçəqani (hər ikisi 87 kq), Radik İsaev (+87 kq), Patimat Abakarova  (53 kq) da təmsil olunur.
Sayca 8-ci olan turnirdə 46 ölkədən 1590 idmançı bütün kateqoriyalarda (böyüklər, gənclər, yeniyetmələr və poomse) mübarizə aparacaq. Yarışlarda beynəlxalq hakimlərdən ATF-in baş hakimi Gündüz Abdullayev, eləcə də Ramal Camalov və Aygül Abdullayeva da döyüşləri idarə edəcək heyət arasında yer alıb.












Oxunub: 305
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az