Qusar rayon Heydər Əliyev Mərkəzinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirdi.






Qusar rayon Heydər Əliyev  Mərkəzinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev  və  Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirdi. Tədbiri giriş sözü ilə Mərkəzin əməkdaşı  Lamiyə Abdullayeva açaraq tarixin yaddaşında əbədi iz qoymuş dünya səviyyəli siyasi xadim  Heydər Əliyevin  həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verərək  onun  çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açdığını, Azərbaycan dövlətinin yaradılmasında  və inkişafında misilsiz xidmətləri olduğunu vurğuladı. Sonra  Mərkəzin  əməkdaşı   Lalə Kərimova  çıxış edərək Heydər Əliyevin gənclərlə bağlı  məsələləri hər zaman dövləy siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini vurğuladı. Tədbir Qusar rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı Tahirə Nəsrullayeva və rayonun fəal gənci Milena Bağışovanın çıxışları ilə davam edildi. Sonda Qusar rayon Heydər Əliyev Mərkəzi tərəfindən  hazırlanmış  slayd təqdim olundu.

Oxunub: 518
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az