Yasamal rayonunda idman yarışlarının qalibləri mükafatlandırılıb.











Yasamal rayonunda idman yarışlarının qalibləri mükafatlandırılıb
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümününə həsr edilmiş ali və orta ixtisas təhsil müəssisələri arasında keçirilmiş idman yarışları qaliblərinin mükafatlandırılması keçirilib. Bakı Dövlət Universitetinin idman kompleksində baş tutan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclis Sədrinin müavini Adil Əliyev, millət vəkilləri Elnur Allahverdiyev və Ülvi Quliyev, MOK vitse-prezidenti Zemfira Meftahətdinova, Gənclər və idman nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Bakı şəhər Gənclər və idman idarəsinin rəisi Raqif Abbasov, BDU-nun rektoru Elçin Babayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və idman idarəsinin rəisi İlham Səfərov,yarış iştirakçıları və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.Tədbirdə BDU-nun futbol komandasının qalib olduğu final oyunu da maraqla izlənldi.Tədbirdə voleybol, dama, şahmat, mini futbol, basketbol və digər yarışlar üzrə qaliblər mükafatlandırıldı.

Oxunub: 489
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az