Şamaxı rayonunda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub.












Şamaxı rayonunda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub
Şamaxı Müalicə Diaqnostika Mərkəzində rayon ictimaiyyətinin və səhiyyə işçilərinin iştirakı ilə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyin görkəmli oftolmoloq-alim  Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Natiq akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş sovetlər məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulamışdır.
Digər çıxış edənlər Şamaxı rayon Mərkəzi Xəstəxanasının həkimləri İslam Ağayev və Ədalət Həmidov Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftаlmologiyаnın müxtəlif sаhələri üzrə аpаrdığı tədqiqаtlаrdan, qа­zаn­dığı nаiliyyətlərdən geniş söhbət açaraq akademikin elmi fəa­liyyətinin nəticələrinin 150-dən artıq əsərdə, 10 monoqrafiyada, həkimlər üçün dərs vəsaitlərində və sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodiki tövsiyələrdə öz əksini tapdığını bildirmişlər.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov görkəmli alim və dövlət xadimi Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından, eləcə də ictimai fəaliyyətindən geniş söhbət açaraq ən ülvi və nəcib dəyərləri özündə birləşdirən Zərifə xanım Əliyevanın işıqlı xatırəsinin bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıq və ehtiramla yad ediləcəyini bildirmişdir.
Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində həsr olunmuş film nümayiş olunmuşdur.


Oxunub: 344
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az