*Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində etik davranış və daxili intizam qaydaları ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında*
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 182-ci maddəsinə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında"Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə'nin 5.6.6-cı yarimbəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda əmək və icra intizamının təmin edilməsi,etik davranış qaydalarına əməl olunması və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19 aprel 2022-ci il 113-1 saylı əmri ilə tanış olmaq məqsədilə 25 aprel 2022-ci ildə Qobustan rayon Mədəniyyət işçilərinin seminar müşavirəsi keçirilmişdir. Tədbirdə MKS -nin kənd kitabxana filialları , Mərkəzi kitabxananın əməkdaşları , Şəhid Malik Səlimli adına Mədəniyyət mərkəzinin əməkdaşları və klub işçiləri iştirak edib. MKS-nin direktoru Adilə Cəbrayılova çıxış edərək sözü gedən sənədin hər bir müddəası haqqında Mədəniyyət işçilərinə məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır.
Seminar müşavirədə hal-hazırda Mədəniyyət işçilərinin qarşısında duran vəzifələr bütün aydınlığı ilə işıqlandırılmış, onların həlli yolları göstərilmişdir.
Mərkəzi kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin müdiri Xuraman Ağayeva, Mədəniyyət Mərkəzinin işçiləri Ləman Xəlilova, Elsevər Cəfər, Namiq Ağayev çıxış edərək Azərbaycan Respublikasında 2022-ci ilin Şuşa İli elan edilməsi ilə əlaqədar görüləcək işlər barədə Mədəniyyət işçilərinə tapşırıqlar və tövsiyyələr verilmişdir.
Oxunub: 350