Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin 1 illik hesabat konfransı keçirilib.
27 aprel 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin 1 illik hesabat konfransı keçirilib. Tədbirdən öncə iştirakçılar tərəfindən ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. Sonra gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfransda rayon İcra Hakimiyyəti, idarə müəssisə, təşkilatların nümayəndələri, Mərkəzi aparatın koordinatorları, digər GİKM nümayəndəliklərinin əməkdaşları, könüllülər və rayonun fəal gəncləri iştirak edib.
Hesabat konfransında Mərkəz tərəfindən 1 il ərzində həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat verilib.
Çıxışlarda qısa müddət ərzində fəaliyyət göstərən Mərkəzin rayonda müvafiq dövlət qurumları ilə birgə əzmkarlıq göstərərək qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar ardıcıl olaraq tədbirlər təşkil etdiyi, eyni zamanda dövlət başçısının siyasətinin gənc nəsil arasında təbliği ilə bağlı fəallıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Sonda Mərkəzlə əməkdaşlıq edən idarə, müəssisə və təşkilatlar, həmçinin gənclər müxtəlif nominasiyalar üzrə təltif olunub.
Oxunub: 302