YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və aparatın əməkdaşları ad günündə Vətən Müharibəsi şəhidi İbrəhimov Əlövsəd Seyidxan oğlunun məzarını ziyarət etmişdir








YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və aparatın əməkdaşları  ad günündə  Vətən Müharibəsi  şəhidi  İbrəhimov Əlövsəd Seyidxan  oğlunun məzarını ziyarət etmişdir. Ziyarət zamanı şəhidin məzarı  önünə gül dəstələri qoymuş ruhuna dualar oxumuşlar.  Sonra şəhidin ailəsini ziyarət edilmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Təşkilat sədri Tural Qasımlı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamışdır. Daha sonra Tural Qasımlı şəhidin valideynlərinə təşəkkürnamə təqdim etmişdir. Sonda şəhidin valideynləri və qohumları ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Oxunub: 563
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az