18-20.04. 22-ci il tarixlərində Bakı şəhərində Sərbəst Güləş idman növü üzrə Yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində Şamaxı rayonunun Oleq Krapilinin adına olan Güləş zalının idmançısı Bəkdəmirov Kəlbaxan Ramin oğlu 71 kq çəki dərəcəsində 3 yerə layiq görülmüşdür.
Kəlbaxanın şəxsi məşqçisi Etibarov Valehin dediklərindən;
- Bu bütün Şamaxı güləşinin qələbəsidir. Xüsusi təşəkkürümü bizə dəstək olan bütün insanlara bildirirəm. Oleq Krapilinin adına olan güləş zalının güləşçiləri gələcəkdə də öz sözlərini beynəlxalq yarışlarda deyəcəklər. Şamaxı rayon İcra Hakimiyyətinə, Oleq Krapilinə, Asif müəllimə, Namiq müəllimə və Şamaxı rayon Gİİ idarəsinə dərin minnətdarlığımı bildirirəm. Öz adımdanda Kəlbaxanı təbrik edirəm və gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıram.
Oxunub: 557