Belə övladlar böyütmək hər kəsə nəsib olmur.








Bu gün dəvətimlə İstanbula gələn Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhram Məmmədzadələrin valideyinləri ilə olduqca dəyərli bir zaman keçirdik. Onlar danışdıqca qürurlandım, amma, eyni zamanda, içim ağladı… İki oğul övladı itirməsinə baxmayaraq bir atanın nə qədər güclü qalmasının, bir ananın kövrək qəlbinin üzünə yansımasının şahidi oldum… Anadan eşitdiklərim məni o qədər təsirləndirdi ki, sən demə, Bəhram və İmanın arzusu gəmi kapitanı olmaq imiş…
İman və Bəhram qardaşlarının Qarabağımızı düşməndən azad etmək arzusu gerçəkləşdiyi kimi onların dənizləri və limanları fəth etmək niyyətləri də artıq reallıqdır. 
Mən yaşadıqca, şəhidlərimizin adını yaşadacam. Bütün şəhid və qazilərimizin valideyinləri qarşısında baş əyirəm. Belə övladlar böyütmək hər kəsə nəsib olmur.
Təki Vətən sağ olsun!
Mübariz Mənsumov

Oxunub: 287
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az