ŞAHİN HƏRBİ-İDMAN OYUNUNUN AĞSTAFA RAYON BİRİNCİLİYİ KEÇİRİLDİ...
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq 19 aprel 2022-ci il tarixdə Ağstafa rayon Asif Abdullayev adına şəhər 2 saylı tam orta məktəbində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib. Hərbi-idman oyununun rayon mərhələsində ümumtəhsil məktəblərinin 36 komandası birincilik uğrunda mübarizə aparmışdır. Birinciliyin rəsmi açılış mərasimində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Rəsmi açılış mərasimində Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev ,Təhsil Şöbəsinin metodisti Afiq Salıfov , əməkdar müəllim Yaşar İsgəndərov , SHXÇDX-nin Ağstafa rayon şöbəsini nümayəndəsi , Seymur Hüseynov çıxış edərək komandalara uğurlar arzulamışlar.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra yarışa start verildi. 5 mərhələdə keçirlən yarışın yekun nəticəsinə görə Əmirxan Hüseynov adına Ağstafa şəhər 1 sayılı tam orta məktəbin komandası 1-ci yeri, Namiq Həmzəyev adına Göycəli kənd tam orta məktəbin komandası 2-ci yeri, Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbin komandası və Asif Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin komandası isə 3-cü yeri tutmuşdur. Qalib komandalar Agstafa rayon Gənclər və idman idarəsinin diplom və kubokları təqdim olunmuşdur. Rayon birinciliyinin qalibi olan Əmirxan Hüseynov adına 1 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun zona mərhələsinə vəsiqə qazanıb.
Oxunub: 433