19 aprel 2022-ci il tarixində reqbi-7 üzrə məktəb komandaları arasında Şamaxı Olimpiya Mərkəzinin Kuboku keçiriləcək.
19 aprel 2022-ci il tarixində reqbi-7 üzrə məktəb komandaları arasında Şamaxı Olimpiya Mərkəzinin Kuboku keçiriləcək. Yarışda 4 komandanın iştirakı gözlənilir. Yarışın təşkilatçıları Şamaxı Olimpiya Kompleksi, Şamaxı rayonu Gənclər və İdman İdarəsi, Şamaxı rayonu Təhsil İdarəsi və Azərbaycan Reqbi Federasiyasıdır. Qalib və mükafatçılara kubok, medal və diplomların təqdim olunacağı turnirə həmin gün yekun vurulacaq.
Oxunub: 289