

Heydər Əliyevin doğum gününün 99-cu il dönümü ilə əlaqədar keçirilən yığıncaqlar çərçivəsində 18 aprel 2022-ci il tarixində YAP Şamaxı rayon təşkilatı və ADPU-nin Şamaxı filialı birgə tədbir keçirmişdir.
Təbdirdə YAP Şamaxı rayon təşkilatının sədri Qasımlı Tural Şahnəzər oğlu , aparatın əməkdaşı Altay Məmmədov, filialın rəhbəri,dosent Yusifova Tünzalə Vəli qızı , 9 saylı ərazi təşkilatının sədri, tədris və elmi işlər üzrə direktor müavini, f.ü.f.d Mikayılov Şasəddin Sabir oğlu , bir qrup professor-müəllim və tələbə heyəti iştirak etmişlər.
İlk olaraq vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası giriş sözü ilə filialın direktoru, dosent Yusifova Tünzalə Vəli qızı açaraq gələn qonaqları və tədbir iştirakçılarını salamlayıb. O öz çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası zərurətdən yaranan bir partiyadır və uzun illərdir Ulu Öndər Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində , ətrafına daha çox gəncləri toplayaraq uğurla fəaliyyət göstərir.
Daha sonra ADPU-nun Şamaxı filialının ərazi təşkilatının sədri, tədris və elmi işlər üzrə direktor müavini, f.ü.f.d Mikayılov Şasəddin Sabir oğlu hesabat xarakterli çıxış etdi. O, çıxışında partiyanın yaradılmasından sonrakı dövrdə onun ictimai-siyasi fəaliyyətindən bəhs etdi. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması xalqımızın sosial, siyasi və iqtisadi həyatında böyük irəliləyişlərə səbəb olub. Ulu Öndər Heydər Əliyevin sözü ilə desək “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP fəaliyyət göstərdiyi bütün zamanlarda dövrün tələbini nəzərə alaraq çalışmışdır. YAP-ın fəaliyyətində əsas və yeganə yol demokratiya yoludur. Bunun nəticəsidir ki, filialımızın professor-müəllim heyətinin və 18 yaşı tamam olmuş tələbələrimizin əksəriyyəti Yeni Azərbaycan Partiyasına üzvdür.
ADPU-nun Şamaxı filialının ərazi təşkilatının sədr müavini Yaqubova Nazilə Qahir qızı çıxış edərək, YAP-ın uğurlu fəaliyyətindən və partiyanın fəaliyyətində gənclərin rolundan bəhs edib. O, qeyd edib ki, partiyanın ideya-siyasi xətti gənclərimiz tərəfindən uğurla davam etdirilir. Bu gün gənclərimiz partiyanın sədri cənab prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara doğru addımlayır.
Sonra Filialımızın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbəsi Cəbrayılova Narıncın ifasında “Azərbaycan” şeiri səsləndirilib.
Son olaraq çıxış üçün söz Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Şahnəzər oğlu Qasımlıya verilib. O,ilk öncə çıxışında Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğunu qeyd edib. Dahi rəhbərin qəbul etdiyi qərarların, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlərin və tarixi tövsiyələrin bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verdiyini vurğulayan Tural Qasımlı Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafı istiqamətində Ümummilli Liderin müstəsna xidmətlərindən bəhs edib. Sonra Tural Qasımlı Yeni Azərbaycan partiyasının Şamaxı rayon ərazi təşkilatları içərisində ən çox partiya üzv olan təşkilatın, məhz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının olduğunu qeyd edib və bunu yüksək qiymətləndirib. Partiya sıralarına yeni qədəm qoyan tələbərimizi təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Tədbirin sonunda partiyaya yeni üzv olmuş tələbələrimizə üzvlük vəsiqələri təqdim olunub və xatirə şəkli çəkilib. Ardınca tələbələrimizin ürək sözləri dinlənilib.
Yekun olaraq filialın direktoru, dosent Tünzalə Yusifova partiyaya yeni üzv olan tələbələrimizi təbrik edərək onlara uğurlar arzulayıb və tədbiri yekunlaşdırıb.