Ərdoğanın müraciəti əsasında Mariupolda məsciddə saxlanılan müsəlmanlar xilas edilib.







Ərdoğanın müraciəti əsasında Mariupolda məsciddə saxlanılan müsəlmanlar xilas edilib
Rusiya xüsusi təyinatlıları Mariupoldakı məscidlərdən birində saxlanılan müsəlmanları mühasirədən çıxararaq onları xilas edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general -mayor İqor Konaşenkov bildirib.
“Mariupol şəhərinin azad edilməsi üzrə hücum fəaliyyəti zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciəti əsasında aprelin 16-da Primorski rayonunda Ukraynalı nasistlərin türk məscidində saxladığı girovların azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində məscid mühasirədən çıxarılıb və 29 silahlı, o cümlədən əcnəbi muzdlular məhv edilib. MDB ölkələrindən birinin vətəndaşları olan girovlar azad edilərək təhlükəsiz yerə aparılıb”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Oxunub: 264
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az