İndiki pula çevirsək, milyonçu həmin maşına 220 min manat vermişdi.








Bu gün “Titanik” gəmisinin aysberqlə toqquşmasından 110 il ötür. 1912-ci ilin aprelin 14-də saat 23:39-da Frederik Flit adlı dənizçi düz “Titanik”in önündə aysberqi görərək sükan arxasındakı kapitan köməkçisinə məlumat verir. Lakin gəmini xilas etmək mümkün olmur. 52 min tonluq “Titanik” suyun altına gedir. 
Bu gəminin içində çox maraqlı bir avtomobil nümunəsi də vardı. Söhbət “Reno” markalı maşından gedir. Həmin vaxtı “Reno” çox bahalı avtomobillər istehsal edirdi. Onun müştəriləri arasında hətta imperator II Nikolay da vardı. “Titanik”dəki “Reno”nun sahibi isə amerikalı milyonçu Uilyam Karter idi. O, bu maşını Fransadan alıb ABŞ-a aparmaq istəyirdi. İndiki pula çevirsək, milyonçu həmin maşına 220 min manat vermişdi. Lakin onda cəmi bir dəfə otura bilib. O da ki, “Titanik”ə gələrkən. Həmin lyuks avtomobil indi də okeanın dibində, “Titanik”in içindədir.

Oxunub: 318
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az