Şəhidimiz, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun atası Məhəmməd Səmədovla görüşdük.
Şəhidimiz, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun atası Məhəmməd Səmədovla görüşdük. Şəhidimizin atası övladının döyüş yolundan, qəhrəmanlığından danışarkən xalqımızın belə mərd, qəhrəman və dəyərli oğulları olması ilə bir daha fəxr etdim. Məhz dövlətinə, xalqına bağlı olan vətənpərvər ailələrdə böyüyən qəhrəmanlarımız bizə tarixi qələbəmizi bəxş etdilər. Bu gün tarixi torpaqlarımız igidlərimizin canları-qanları bahasına azaddır və şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr, qazilərimizə şəfa versin.
Oxunub: 259