Cəlilabad şəhərində üstüörtülü minifutbol meydançası istifadəyə verilib.
Cəlilabad şəhərində üstüörtülü minifutbol meydançası istifadəyə verilib 12 aprel 2022-ci il tarixdə Cəlilabad şəhərindəki “Xatirə” parkında yenidən qurulmuş, müasir standartlara cavab verən üstüörtülü minifutbol meydançasının açılış mərasimi olmuşdur. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bədən tərbiyəsi və idman kollektivlərinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rəmzi məna daşıyan qırmızı lenti kəsib və meydança futbolçuların ixtiyarına verilib. Açılış mərasimindən sonra tədbir iştirakçıları minifutbol meydançasında yaradılan şəraitlə tanış olmuşlar.
Oxunub: 300