Şamaxı təmsilçisi Babayev Sexavet bürünc medala sahib çıxıb.
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında kişilər arasında 89 kq çəki dərəcəsində Şamaxı təmsilçisi Babayev Sexavet bürünc medala sahib çıxıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb.
Oxunub: 335