Mən siyasəti idmana qatmağı xoşlamıram.
Rüstəm Orucov:
"Mən siyasəti idmana qatmağı xoşlamıram. Həmişə çalışırdım ki, belə şeylərdən uzaq durum. Özüm qarabağlıyam deyə, həmişə ermənilərlə üz-üzə gələndə uduzmaqdan çəkinirdim. Çünki monitor arxasında oturub "Erməniyə uduzdu, nə gündədir?!" yazanlar olacaq. Siyasəti idmana qatmağı heç vaxt xoşlamamışam. Amma axırıncı dəfə Karapetyanın səviyyəsiz hərəkətləri məni çox əsəbiləşdirdi. Bundan əvvəl onu 3 dəfə udmuşdum, amma heç vaxt belə şey etməmişdim. Görürdüm ki, görüşdən sonra yaxınlaşır mənə əl uzadır, mən də əl uzatmışam. Göstərmək istəyirdim ki, siyasəti idmana qatmaq olmaz. Amma o, axırıncı hərəkəti ilə öz "səviyyə"sini göstərdi" (Report.az).
Oxunub: 240