Dövlət başçısının davamlı və məqsədyönlü siyasəti





Dövlət başçısının davamlı və məqsədyönlü siyasəti
2018-ci ilaprelin 11-də ölkəmizdə sayca səkkizinci prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının sədri  cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin  86,02 faizinin səsini qazanaraq  növbəti dəfə Azərbaycan Respublikasının  Prezidenti  seçildi. Seçkilərdə inamlı qələbə qazanan cənab İlham Əliyev 18 aprel 2018-ci il tarixində növbəti 7 ilərzində prezident səlahiyyətlərini həyata keçirməyə başladı. 
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf dövrünü yaşamış, ölkəmizin qarşısında duran vəzifələr uğurla həyata keçirilmişdir. Ümumiyyətlə, dövlət başçısı cənab İlham Əliyev 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, Azərbaycan xalqının əmin-amanlıq və firavan həyatını təmin etmək üçün verdiyi bütün vədləri yerinə yetirmişdir. Bir sıra qabaqcıl ölkələrin  uzun illər ərzində keçdiyi inkişaf dövrünüqısa müddət ərzində sürətlə qət edən Azərbaycan müasirləşmə yoluna qədəm qoyub. Hazırda Azərbaycan dünya reytinqlərində yüksək yerlərndən birini tutur.
Aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışında cənab İlham Əliyev növbəti dövr üçün dövlət başçısı kimi əsas fəaliyyət istiqamətlərini açıqladı. O, seçkiqabağı təşviqat zamanı digər namizədlər tərəfindən səslənən fikir və təkliflərin də nəzərə alınacağını, gündəmdə olan məsələlərə diqqətlə yanaşacağını vurğuladı.
Azərbaycan Prezidenti sənayenin, aqrar sektorun və infrastrukturun inkişafının dəstəklənməsi, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun azaldılması, sosial təminatın yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır.Cənab  İlham Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmləndi və beynəlxalq nüfuzumuz artdı. Hazırda da qonşu dövlətlərlə əlaqələrimiz uğurla inkişaf edir.
Azərbaycan Respublikası ölkəmizin ərazi bütövlüyünü qoruyan və dünyanın ən güclü orduları sırasında olan yüksək döyüş hazırlığına malik silahlı qüvvələrə malikdir. Müzəffər ordumuz 44 günlük Vətən müharibəsi zamanı erməni qəsbkarlarına layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbə vurdu və nəticədə işğal olunmuş ərazilərimiz azad edildi. İkinci Qarabağ müharibəsi dövründə xalqımız cənab İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşdi, 30 il işğal altında olan Qarabağımız azadlığına qovuşdu. Vaxtilə erməni qəsbkarları tərəfindən işğal olunmuş Şuşa şəhərində Azərbaycan bayrağının dalğalanması bizə böyük qürur hissi bəxş edir. Bu şanlı qələbə xalqımızın və dövlətimizin gücünü erməni qəsbkarlarına nümayiş etdirdi.
Dövlət başçısının müdrikliyi sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi dünya birliyində öz mövqeyini daha da möhkəmləndirib. Başqa dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən biri olmuşdur. Beynəlxalq aləmdə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa, geostrateji maraqların həyata keçirilməsinə, terrorizmə qarşı mübarizəyə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşamasına yönəlmiş uzaqgörən xarici siyasət həyata keçirilib.
Cənab İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsindən sonra Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklər baş verdi, idarəetmə sahəsində müasir bilik və bacarıqlara malik gənc kadrlar hökumətdə yüksək vəzifələrə təyin olundu. Dövlət orqanlarının və strukturlarının fəaliyyətinin optimallaşdırılması məqsədilə Azərbaycan Prezidenti 2019-cu il yanvarın 14-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Sənədə əsasən, idarəetmə sistemində çevikliyin və operativliyin təmin edilməsinə yönəlmiş əsaslı struktur islahatlarına başlanılıb.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Azərbaycan Prezidentinin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman da məhz bu məqsədə xidmət edir. 
“Azərbaycan Respublikasında bir sıra çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu ilin fevralında imzaladığı sərəncamlar bir daha göstərdi ki, sosialyönümlülük və humanizm prinsipləri əsas götürülür, sosial maraqların qorunmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına böyük diqqət yetirilir.
          Sosial təminat paketinin icrası ölkədə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata  çatdırılıb. Minimum əməkhaqqının və pensiyanın artımı 40 faiz təşkil edib. Həmçinin 100 minə yaxın tələbənin də təqaüdü artırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Sosial-iqtisadi inkişafa güclü təkan verən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən islahatlar Azərbaycanın beynəlxalq aləmdə islahatçı dövlət kimi mövqe tutmasına öz töhfəsini verir.
YAP Şamaxı rayon təşkilatının sədri:
Tural Qasımlı

Oxunub: 295
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az