10 aprel 1997-ci ildə 7 qəhrəman kəşfiyyatçımız şəhid olmuşdur.
10 aprel 1997-ci ildə 7 qəhrəman kəşfiyyatçımız şəhid olmuşdur.1997-ci il aprel ayının 7-də Azərbaycanın Xüsusi Təyinatlı Kəşfiyyat Qrupu Xocavənd istiqamətində, düşmən mövqelərinin arxasına keçərək xüsusi döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən mühasirəyə alınmış və aprelin 10-u əsir düşməmək üçün özlərini əl qumbarası ilə partladaraq şəhid olmuşdular. Yalnız onlardan biri - çavuş Aqil Əhmədov yaralı vəziyyətdə düşmənə əsir düşmüş və daha sonra geri qaytarılmışdı.Şəhid olan hərbçilərimiz:1) Leytenant Elxan Ağayev2) Leytenant Vüqar Yərəhmədov3) Çavuş Anar Rzayev4) Çavuş Dinar Mustafayev5) Çavuş Aqşin Həsənov6) Çavuş Nizami Ələkbərov7) Çavuş Fariz Cavadov
Oxunub: 326