Mən dünən yaşamışam-Ü.Əfqanoğlu






Mən dünən yaşamışam.
Qovurmuşam gülümü,
Sovurmuşam külümü...
Həyatda son günümü,
Mən dünən yaşamışam.
Cücərmədi diləklər,
Pas götürdü biləklər...
Bu gün yazmır mələklər,
Mən dünən yaşamışam.
...Atdım göyə başımı,
Tikdilər baş daşımı...
Bu otuz beş yaşımı 
Mən dünən yaşamışam.
Mənim yaram irindi,
Nə yaşadım sirindi...
Ölüm yaman şirindi,
Mən dünən yaşamışa.
Ü.Əfqanoğlu 04-10-2022

Oxunub: 222
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az