Müəllim bizi vururdu da, danlayırdı da-Aparıcı şagirdi döyən direktora dəstək verdi.





"Bizim vaxtımızda müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik, valideyinimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi”. 
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Turan İbrahimov son günlər sosial mediada müzakirə obyektinə çevrilən müəllim-şagird münasibətindən danışarkən deyib. 

"Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə yerimizi bilmişik, başqasının da yerini dar etməmişik”, - deyən aparıcı əlavə edib ki, hazırda müəllimlər uşağa səsini qaldıran kimi sosial şəbəkələrdə hay-küy qopur:

"Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik inistitunun nə hörməti qalacaq, nə də nüfuzu. Uşaqlar da özünü üstün sanıb daha da azğınlaşacaq. Şəxsən mən oğluma demişəm ki, "eşidəm-biləm müəllimlərə qarşı nəsə səhvin olub, məndən incimə”. Müəllim haqsız olsa belə, bunu böyüklər çözməlidirlər. Uşaqlar üçünsə haqlı olan, həmişə müəllim olmalıdır”.

Türkan 
Sfera.az

Oxunub: 400
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az