İlham Namiq Kamal -73.








İlham Namiq Kamal -73
 2022- ci ilin əvvəli, daha dəqiq desək, yanvar ayının 9-da “Şöhrət” ordenli, 
Xalq artisti, görkəmli sənətkarımız, milli teatr və kino sənətinin inkişafında 
müstəsna xidmətləri olan İlham Namiq Kamalın doğum günüdür. Bu adı 
eşidən hər kəsin dodaqlarına gülüş qonur. Saysız-hesabsız dramatik və 
faciəvi obrazlar yaradan sənətkarımızın adı gələndə gülməmək mümkün de-
yil. Kiçikdən böyüyə, belə demək mümkünsə, yeddidən yetmiş yeddiyə qədər 
hamı onu sevir və onun yaratdığı sənət nümunələrini maraqla izləyir. 
 Bir ailədə iki qardaş, iki sənətkar, iki Xalq artisti görünməyən hadisədir. Bir 
qardaşın- İlham Namiq Kamalın- 73, digər qardaşın -Cəfər Namiq Kamalın- 72 
yaşı var. 
 Söhbətimiz, daha dəqiq desək, yazımız böyük qardaş-İlham Namiq Kamal
haqqındadır. Onun doğum günü ilin əvvəlinə təsadüf edir. Yanvar ayının 9-da
aktyor dostumuzun 73 yaşı tamam olur. Əslində bu yaşı ona vermək çox 
çətindir. Uca boyu, düz qaməti və sərrast hərəkətləri ilə sənətkarımız sanki
illərə meydan oxuyur. Bircə cavanlıq görüntüsünü pozan, ağ saçlarıdır. Bu
da onun özünün dediyi kimi saçına vurduğu ağ rəngdəndir. Tərif çox oldu-
sa, gəlin maşallah deyək ki, sənətkar dostumuza göz dəyməsin.
 Onu da qeyd etmək yerinə düşər ki, sənətkarımız görünüşü ilə cavan 
olduğu kimi, düşüncə tərzi ilə də cavandır. O, dövrlə ayaqlaşmağı bacarır. 
Bəlkə elə bu səbəbdəndir ki, o,daha çox gənclərlə dostluq edir. Amma etiraf 
etməliyik ki, əslində onun dostları arasında bütün yaş və sənət kateqori-
yalarından olan insanlar var. Sənətkarımız onların hər biri ilə öz dillərində
danışmağı bacarır. İlham müəllim dünyada baş verən proseslərdən, mədə-
niyyət və incəsənət aləmində olan hadisələrdən daim xəbərdar olan insandır.
O, maraqlı həmsöhbət, teatr, kino, rəssamlıq və digər - sahələri incəliyinə qədər dərindən bilən ziyalıdır. Onunla həmsöhbət olan insan heç vaxt 
darıxmaz. Onun maraq dairəsi həddindən artıq genişdir. 
 Onun maraqlanmadığı sahə yoxdur desəm, yəqin ki səhv etmərəm.
O, dostluqda da, yoldaşlıqda da sədaqətlidir. O, dostluq etməyi bacardığı 
üçün, saysız-hesabsız dostları var. 
 Bir qayda olaraq, həmişə sənətkar özü dostları arayıb, axtarır. Onlardan 
nigaran qalır, hal-əhval tutur.Ona dostlardan və tanışlardan zəng gələndə isə,
sevincinin həddi-hüdudu olmur. Onun zəng edənə “Bəli, bəli !” deməyi 
istənilən söhbətə giriş olur. 
 İlham Namiq Kamal maraqlı həmsöhbət olmaqla yanaşı, həm də çox yaxşı 
məsləhətçidir. O, ensiklopedik və analitik düşüncə tərzinə malik insandır.
 Bu vaxta kimi İlham Namiq Kamal haqqında çox yazılıb, çox deyilib. Onun 
yaradıcılıq bioqrafiyası haqqında neçə-neçə məqalələr və kitablar yazılıb, 
verilişlər çəkilib. Aktyorun yaradıcılığını daha çox qroteks komik janrın 
tələblərinə cavab verən nümunə hesab ediblər. Amma qeyd etdiyimiz kimi,
İlham Namiq Kamalın bütün janrlarda yaratdığı obrazları yüksək peşəkar 
səviyyədə təqdim etməyi bacaran sənətkardır. Nümunələr istənilən qədərdir. 
İlham Namiq Kamalın pandemiyadan əvvəl və sonra yaratdığı obrazlara 
maraq çoxdur. Onlardan bir neçəsini oxucuların diqqətinə çatdıraq.
 Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rus bölməsində,Əməkdar 
incəsənət xadimi Əli Usupovun quruluşunda Xalq artisti Rauf Hacıyevin
“Qafqazlı qardaşqızı” tamaşasında Bəbirli, Azərbaycan Dövlət Kukla 
Teatrında Əməkdar artist Qurban Məsimovun quruluşunda Əməkdar
incəsənət xadimi Rəhman Əlizadənin “Don Kixot Apşeronski” mono
tamaşasında kuklalarla Əhmədağa obrazı, Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında Əməkdar incəsənət xadimi Haviz Quliyevin
quruluşunda dahi Üzeyir Hacıbıylinin “Arşın mal alan” əsərinin tamaşasında
Soltan bəy obrazları İlham Namiq Kamal sənətinin rəngarəngliyindən xəbər
verir. 
Sənətkarımızın axırıncı işlərindən biri S. Rüstəmov və M.S.Ordubadinin “Beş 
manatlıq gəlin” komediyasında Kərbəlaye Hüseynəli obrazıdır.Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov-
dur. Yeni quruuluşu ilə əvvəlki tamaşalardan fərqlənən tamaşada İlham 
 Teatr hazırda “Bəxtiyar” filminin səhnə versiyası üzərinədə işləyir. Tamaşa-
nın quruluşçu Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyev-
dir. 
 İlham Namiq Kamal teatrdakı fəaliyyəti ilə paralel olaraq Azərbaycan 
Döblət Mədəniyyət və İncəsənət Universitetində də pedaqoji fəaliyyətini 
davam etdirərək, yetişməkdə olan gənc nəslə zəngin təcrübə, bilik və 
bacarığını aşılayır. Sənətkarımız televiziya ekranlarında da həmişə olduğu 
kimi maraqlı layihələrə imza atır. Onun özünün tamaşaçı auditoriyası var. 
Onlar sənətkardan yeni-yeni layihələr gözləyirlər. Yəqin ki, 2022-ci ildə də
İlham Namiq Kamal pərəstişkarlarını sevindirər.
 İlham Namiq Kamalı doğum günü, Azərbaycan Best Wards mükafatlan-
dırma gecəsinin “Zəfər Zirvəsi” və yaradıcılıq uğurlarına görə “Simurq-2021”
mükafatları, dünya azərbaycanlılarının həmrəylik günü və 2022-ci il münasi-
bətilə təbrik edib, ona möhkəm can sağlığı və yeni, könül xoşlüğü və daha
yeni-yeni uğurlar arzusu ilə
 Çingiz Ələsgərli
 Teatrşünas,dramaturq.

Oxunub: 599
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az