Bu gün müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin anım günüdür.






Bu gün müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin anım günüdür.  
Ümummilli Liderin xatirəsi nəinki Azərbaycanda, o cümlədən xarici ölkələrdə də ehtiramla yad edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və onun ailə üzvləri, bu gün səhər saatlarında Ümummilli Liderin məzarını ziyarət etmiş, ona hörmət və ehtiram əlaməti olaraq məzarı önünə gül əklili qoymuşlar. Eyni zamanda görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın da məzarını ziyarət etmişlər.
Həmçinin, bir çox dövlət və hökümət nümayəndələri, eləcə də  ölkəmizin ali təhsil ocaqlarından biri olan Bakı Slavyan Universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti də Ulu öndərin məzarını ziyarət etmiş, onun məzarı önünə gül əklilləri düzmüşlər.
Heydər Əliyev müasir müstəqil Azərbaycanın tərəqqisində əvəzsiz rolu olmuş, ölkəmizin daxili və xarici yurisdiksiyanın ən təkmil şəkildə formalaşmasında əlindən gələnin ən yaxşısını etmiş, son nəfəsinə qədər Azərbaycan xalqı üçün xidmət etmişdir.
Bu gün hər bir Azərbaycanlı  Ümummilli Lider Heydər Əliyevin əziz xatirisini dərin hörmət və ehtiram hissi ilə yad edir !
 Hazırladı Sadıqzadə Muhəmməd Əli

Oxunub: 433
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az