Salyan Rayon Təhsil Şöbəsi- Ərazilərin bərpa olunması və Böyük Qayıdış ritorikası.




Ərazilərin bərpa olunması və Böyük Qayıdış ritorikası
Bildiyimiz kimi, bir neçə ay öncə müzəffər odumuz erməni işğalçıları üzərində möhtəşəm qələbə qazandı. Bu qələbə xalqla cənab ali baş komandanın birliyi nəticəsində qazanıldı. İşğaldan azad olunmuş torpaqlara yenidən qayıdışımız, erməni işğalçıları üçün gözlənilməz oldusa da, bizim üçün bu qələbə gözlənilən idi. Cənab prezidentin illərdir orduya ayırdığı qayğı və diqqət öz bəhrəsini verdi. Bu gün isə bu torpaqlara yenidən qayıdış planları hazırlanır.Bir neçə gün öncə, 2021-ci il fevralın 26-da cənab prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında hamımıza, eləcə də bizi izləyən dünya ölkələrinə bu barədə məlumat verildi. Cənab prezident işğaldan azad olunmuş torpaqlara yolların çəkilməsi, infrastrukturun yenidən bərpa olunması yolunda addımların artıq başlandığını qeyd etdi. İnşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu çəkildiyini bildirdi. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən Aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlarını qeyd etdi.Eyni zamanda, bu bərpa işlərinə bütün vətədaşlar və maraq göstərən ölkələr cəlb oluna bilər.Prezident qeyd etdi ki, dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlısifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın bütün dostları üçün kifayət 

Oxunub: 515
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az