“Qəbələ” İdman Klubunun cüdoçusu Kəramət Hüseynov Azərbaycan çempionu olub.
“Qəbələ” İdman Klubunun cüdoçusu Kəramət Hüseynov Azərbaycan çempionu olub. 66 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışa Yaşar Nəcəfov üzərində qələbə ilə başlayıb. Ardınca Elşən Əsədov, Vilayət Cəlilli və Qasım Vəlizadəni məğlub edən Kəramət yarımfinala yüksəlib. Bu mərhələdə İsmayıl İbrahimovu üstələyən Hüseynov finalda Tofiq Əliyevlə üz-üzə gəlib. 3 dəqiqə 28 saniyəyə qalib gələn cüdoçumuz Azərbaycan çempionatının qızıl medalını qazanıb.
Oxunub: 349