"IMSI" İnternat Məzunlarının Sosial İnteqrasiyası GİB-nin, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternat və uşaq evi məzunları arasında məşğulluq və sahibkarlıq fəaliyyətinin təbliği” layihəsi başa çatıb.







"IMSI" İnternat Məzunlarının Sosial İnteqrasiyası GİB-nin,  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternat və uşaq evi məzunları arasında məşğulluq və sahibkarlıq fəaliyyətinin təbliği” layihəsi başa çatıb.
Layihə  çərçivəsində Şamaxı rayonunda qış düşərgəsi təşkil olundu. Layihənin əsas məqsədi: Dövlət himayəsində böyüyən  gənclərin sosial inkişafı, peşə seçimi, özünü məşğulluq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum yararlanmaları sahəsində maarifləndirici tədbirlər həyata keçirmək, internat və uşaq evi məzunlarının sahibkar kimi gələcəkdəi fəaliyyətlərinə öz tövhəsini verməkdir. Düşərgənin ilk günü Şəhidlər Xiyabanı ziyarət edildi.  DMA əməkdaşı 
Toghrul Alakbarin təqdimatında karyera planlaması, iş axtarışı üsulları, peşə seçimi,  aktiv məşğulluq tədbirləri və sahibkarlığa dəstək  mövzularında seminarlar təşkil olundu. Bundan əlavə gənclərimiz Şamaxı Astrofizika Rəsədxanasında, Dəmirçi Arxeoloji muzeyində, Safari Parkında və Şamaxı  Diyarşünaslıq muzeyində oldular. “Şəhid övladları ilə bir gün” şüarı altında şəhid İsaxan Qəniyevin övladları ilə yaddaqalan bir gün keçirildi. Həmçinin gənclərimiz  Şamaxı Astrofizika Rəsədxanasında, Dəmirçi Arxeoloji muzeyi, Safari Parkı və Şamaxı  Diyarşünaslıq muzeyində ekuskursiyaların təşkili ilə rayonun tarixi və coğrafi ərazisiylə tanış oldular. Şamaxının tarixi ilə bağlı geniş maariflənmələrinə şərait yaradan Şamaxı Rayon İcra Hakimiyyəti-nin başçısı Tahir müəllimə gənclərimiz adından dərin minnətdarlığımızı bildiririk.  
Layihənin davamı olaraq Dövlət Məşğulluq Agentliyinin dəstəyilə layihə iştirakçıları üçün 3 aylıq müxtəlif sahələrdə peşə hazırlığı kursları təşkil ediləcək. 3 ay ərzində intensiv peşə hazırlıq kurslarında iştirak edən gənclər, kursu uğurla bitirəcəkləri təqdirdə Agentlik tərəfindən işlə təmin olunacaqlar. Həmçinin təhsil aldıqları 3 ay müddətində layihə iştirakçılarına günlük xərclərin qarşılanması üçün  hər ay 250 azn təqaüd təqdim olunacaq.


Oxunub: 582
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az