İnsanın dünyaya göz açdığı yurda qırılmaz tellərlə bağlılığı....
Bunu deyirlər ki,
- İnsanın dünyaya göz açdığı yurda qırılmaz tellərlə bağlılığı, yurdun azadlığı, inkişafı naminə mübarizələri daim bəşəri mövzu olaraq ən müxtəlif xalqlara, dövlətlərə mənsub sənətkarların diqqətini cəlb edib. Azərbaycan incəsənətinin və ədəbiyyatının tarixində vətənpərvərlik mövzusunu tərənnüm edən yüzlərlə örnəklər yaddaşlarda dərin izlər buraxıb. Xalqın yurd sevgisini, vətənin bütövlüyünü, maddi və mənəvi əmanətlərini qorumaq üçün unudulmaz şəxsiyyətlərin fəaliyyətini əks etdirən, peşəkarlıqla lentə alınmış ekran əsərləri milli kinomuzun tarixinin parlaq səhifələrini təşkil edir. Vətəni ürəkdən sevən, onun uğrunda hər zaman şüur və cəsarətlə mübarizə aparan insanların tərbiyəsi, hər bir ürəkdə vətən qayəsinin bütün digər düşüncələrin fövqündə dayanması müstəqillik yolunda inamla irəlilədiyimiz bu günlərdə daha aktualdır. Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur.
Biz Şəhid qəhrəmanlarımızı heç vaxt unutmuruq. Kiıilər üçün Vətəni sevmək ən böyük mərdlikdir. Üzərində yaşadığı torpaqlar və eyni millətə mənsub insanlar, birlik və bərabərlik içərisində yaşadıqları zaman o ölkədə dinclik və güvən mühiti təsis edilir. İnsan vətənpərvərlik duyğuları sayəsində lazım olduğu zaman Vətəni üçün ölməyə belə, hazırdır. Vətəni uğrunda canını ortaya qoyanlara Şəhid deyilir. Şəhidlik isə dinimizdə ən böyük mövqelərdən biridir. Keçmişdən günümüzə yüz minlərlə igidlərimiz şəhidlik mərtəbəsinə yüksələrək, Vətənimiz uğrunda həyatlarını ortaya qoyaraq, ölkəmizin inkişafı naminə şəhid olublar. Şəhidlərimizin bu uca məqama çatan ruhu sayəsində bu gün biz rahat şəkildə yaşayırıq. Biz o qorxmaz, sarsılmaz, yenilməz insanların nəsliyik. Bu səbəbdən onlara layiq bir övlad kimi yaşamalı və onlar qədər biz də vətənpərvərlik duyğularını ürəyimizdə səmimi bir şəkildə hiss etdirməliyik. Bu vətən hamımızındır. Vətənimiz təhlükəyə düşdüyü vaxt biz də atalarımızın etdiyi kimi bir an belə, düşünmədən canımızı ortaya qoymağı bacarmalıyıq. Elə əsl vətənpərvərlik də budur. Mənfur düşmənlərin pusquda olduğu bu vaxtlarda hər birimiz ayıq olmalı, əlimizdə bayraq, dilimizdə dua Vətənimizin müdafiəsində qanımızı, canımızı əsirgəmədən dövlətimizin ətrafında sıx birləşməliyk.
Kazım Ağamikayiloğlu