İntihar.





Ölkədə intihar edənlərin arasında uşaqların sayı heç də az deyil. İntiharla bağlı ayrıca statistika aparılmasa da, canına qıyanlarla bağlı mətbuatda gündəlik yayılan xəbərlər göstərir ki, intihar edənlərin arasında məktəb yaşlı uşaqlar da var. Rusiya, Türkiyə kimi Azərbaycanla qonşu olan dövlətlərdə azyaşlılar, yeniyetmələr arasında intihar hadisələrinin qarşısını almaq üçün məktəb psixoloqlarının üzərinə ciddi məsuliyyət qoyulub. Belə ki, adıçəkilən ölkələrdə məktəblilərin psixoloji durumunu təqib etmək birbaşa məktəb psixoloqlarının üzərinə düşür. Onlar şagirdlərin dərsdə və şəxsi həyatda yaşadıqları uğursuzluq zamanı depresiyaya düşməməsi, yaşadıqları vəziyyətdə çıxmaları üçün məktəblilər arasında sözün əsl mənasında psixoloji iş aparırlar.  
Azərbaycanda isə məktəb psixoloqlarının fəaliyyəti  ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil.Üstəlik, bir çox təhsil ocaqlarında psixoloq kimi fəaliyyət göstərən insanlar da psixoloq deyillər. Ekspertlər də orta məktəblərdə psixoloq çatışmazlığının gənclər arasında mövcud psixoloji durumu təhlükəli həddə çatdırdığını söyləyirlər.
Uşaqlar bu həddə çatanadək psixoloji iş aparılarsa, uşaqların intiharının qarşısı alınar: “Təbii ki, heç kəs birdən-birə özünəqəsd həddinə çatmır. Buna qədər həmin insan müəyyən problemlər yaşayır. Uşaqlarda da belədir. Ona görə də, uşaqların, yeniyetmələrin psixoloji durumları izlənilməlidir. Bu isə məktəb psixoloqlarının üzərinə düşən vəzifədir”.
Zülfiyyə Quliyeva

Oxunub: 486
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az