ATF istinadən Gənc taekvondoçularımız qitə birinciliyinə yollanır. 12-15 noyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək Avropa birinciliyində ölkəmizi 15 idmançı təmsil edəcək.
Məmməd Abdullayev və Zahid Məmmədovun yetirmərindən, oğlanlardan Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq), Eltac Qafarov (73 kq), qızlardan isə
Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Aqayeva (46 kq), Aysu Mammadova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq), Fatima Macidova (59 kq) medallar uğrunda mübariz aparacaq.
ATF-in vitse prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Bosniya və Herseqovinaya yola düşən komanda ilə birlikdə beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da ölkəmizi təmsil edəcək.
10 noyabrda Sarayevo şəhərinə yola düşəcək millimiz 16 noyabrda vətənə dönəcək.
Oxunub: 283