- Sabirabad Rayonunun vətən müharibəsi şəhidi Qüdrət Həsənovun doğum günü ilə əlaqədar "Qüdrət Bağı -Qüdrət Bulağı"nın açılış mərasimi olub. Mərasimi Sabirabad rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev açaraq, Sabirabad rayonunda Vətən Müharibəsi Şəhidləri haqqında məlumat verib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Sabirabad rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Qazilərlə işin təşkili şöbəsinin müdiri, vətən müharibəsi iştirakçısı Müslüm Rzayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin Sabirabad rayon Şöbəsinin sədri, birinci vətən müharibəsi qazisi Faiq Hüseynov, Qafqaz Ruhanilər İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi Ağakərim Sadıqov, YAP Sabirabad rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Məleykə Həsənova, rayonun axundu Hacı Məhəmməd Əliyev və Azgundem.az saytının rəhbəri Kazım Cəbrayılovda çıxış edərək şəhidimizin əziz xatirəsini böyük hörmətlə yad ediblər. Şəhidin ruhuna dualar oxunub. Sonra məktəblilərin ifasında şeirlər səslənib.
Şəhidin atası Səfər Həsənov çıxış edərək dövlətimizə və Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə diqqət üçün minnətdarlıq bildirib. Sonda Bulağın açılışı oldu. Salınan bağa baxış keçirildi. Burada müxtəlif bəzək klları ilə yanaşı müxtəlif ağaclar əklmişdir.
Oxunub: 594
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az