Vətən müharibəsi qəhrəmanı, kəşfiyyatçı-gizir, şəhid Vəliyev Elyar Arif oğluna həsr olunur
Elyar bir fəxridir Azərbaycanın
Nur üzlü şəhiddir o bir qəhrəman
Döyüşlərdə ürəkli şir qəhrəman
İgid kəşfiyyatçı-gizir qəhrəman
Döyüşdə düşmənin çox alıb canın
Elyar bir fəxridir Azərbaycanın
Tökdü qanın ermənitək alçağın
Azad etdi Qarabağın torpağın
Sancdı Qubadlıya vətən bayrağın
Oğlu Qobustanın, oğlu Şirvanın
Elyar bir fəxridir Azərbaycanın
Düşmən üzərində qələbə çaldı
Əlyarın, Poladın qisasın aldı
Adı yaddaşlarda əbədi qaldı
Yazıldı tarixə adı aslanın
Elyar bir fəxridir Azərbaycanın
Yaxşı dərk edirdi o vətən nədi
Vətənçün mən şəhid olacam dedi
Sinəsin düşmənə sipər eylədi
Vətənçün axıtdı son damla qanın
Elyar bir fəxridir Azərbaycanın
16.10.2021