Bu gün ailəvi olaraq Şəhidlər Xiyabanında ziyarətdə olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər Xiyabanına getməyimizin əsas məqsədi bir itkin düşmüş şəhid qaynımı, bir şəhid müəllimimi və bir şəhid tələbəmi ziyarət etmək idi. Ora gedəndə onların simasında bütün şəhidlərə ziyarət edirəm. Son dövrlərdə Şəhidlər Xiyabanında gedən quruculuq işləri hamını sevindirir. Xüsusi olaraq Şəhidlər Xiyabanına gedən yeni yolun qurulması təqdirə layiq bir işdir. Amma yenədə şamaxılı olaraq bəzi suallar beynimdə fırlanır.
1. Görəsən yenədə itkin düşmüş şəhidlərin adları qıraqda gizlədiləcək?
2. Yoxsa onlar üçün bir abidə kompleksi tikiləcək?
3. Həmin o itkin düşmüş şəhidlərin niyə orada şəkilləri yoxdur?
Sonda da bir təklif edərdim ki, Şəhidlər Xiyabanında böyük bir bulaq tikilsin.
Oxunub: 524