Hörmətli Sahib müəllim ..........




Hörmətli Sahib müəllim “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev hər zaman müəllimlər haqqında da xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Sizdə belə müəllimlərdənsiniz.
Hörmətli Sahib müəllim müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. 
Hörmətli Sahib müəllim deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, «ana» kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın kəşməkəşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik.  
Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır.
Ümumi məlumat əsasında Əhədov Sahib Əlmustafa oğlu. İsmayıllı rayonunun Elşad Bayramov adına Talıstan kənd orta məktəbində müəllim işləyib. Hal-hazırda təqəüdədir. Aldığımız məlumata görə,  Talıstan kəndinin savadlı və peşakar müəllimləri olub bunlardan Zinhar, Aydın, Fərzi, Musa, Yaşar, Mehdi və Nərman müəllimlərdi.
Sahib müəllimin qardaşı Qalib müəllim Qurtəpə kən orta məktəbində müəllim işləyib. Ailədə dörd qardas və üç bacı olublar. Sahib müəllimin öz ailəsində beş uşağ var. 
Sahib müəllim Sizə uzun ömür və can sağlığı arzu edirik.

Oxunub: 582
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az