Cüdo üzrə Azərbaycanın Əməkdar məşqçisi, uzun illər yığma komandanın baş məşqçisi işləmiş Ağayar Axundzadə.
1976-cı ildə SSRİ idman ustası normasını yerinə yetirib. Sambo və cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Ümumittifaq yarışların qalibi və mükafatçısı olub.
1989-cu ildə Azərbaycan SSRİ-nin əməkdar məşqçisi, 1990-cı ildə SSRİ Dövlət Bədən Tərbiyəsi və İdman Əlaçısı, 1992-ci ildə isə, SSRİ-nin Əməkdar məşqçisi adlarına layiq görülüb.
1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Tərəqqi", 2002-ci ildə isə, Şöhrət ordeni ilə təltif olunub.
2006-cı il dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidentinin Fərdi təqaüdünə layiq görülüb. Ağayar müəllim həmçinin Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimidir.
Oxunub: 608